"Sumqayıt" klubunun rəhbərliyi hər zaman komandanın yanında olaraq azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Gənclik şəhəri" təmsilçisinin Müşahidə Şurasının sədri Elnur Məmmədli qurumun iclasında bildirib.
O, komandanın yeni baş məşqçisi Saşa İliçə uğurlar arzulayıb və üzvlərə klubun yeni mövsümdəki planları barədə məlumat verib.
Sədr bildirib ki, "Sumqayıt" Futbol Klubu olaraq daim Sumqayıt şəhəri və şəhər sakinlərinin dəstəyini hiss edirlər:
"Hər zaman komandanın yanında olan azarkeşləri sevindirmək üçün klub rəhbərliyi olaraq əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Sumqayıt" UEFA PRO kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1 illik müqavilə imzalanıb.