• Bakı 25° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artıb
İQTİSADİYYAT
27 Iyun 2025 | 12:59

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artıb

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2023-cü ili 3,506 milyon manat xalis mənfəətlə başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 12,1 dəfə çoxdur.

2023-cü ildə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin gəlirləri 12,192 milyon manat (2022-ci illə müqayisədə 3,1 dəfə çox), köhnəlmə və amortizasiya xərcləri 3,528 milyon manat (+56,9 dəfə), işçi heyəti ilə bağlı xərcləri 2,911 milyon manat (+72,6 %), ümumi və inzibati xərcləri 2,372 milyon manat (+25,4 %), sair gəlirləri 131 min manat (+131 dəfə), məzənnə fərqindən gəlirləri 2,4 min manat (+4,3 %), mənfəət vergisi ödəmələri isə 3,8 min manat (+3,5 dəfə) təşkil edib.

Xatırladaq ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Prezident İlham Əliyevin 22 iyun 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 1 milyon manatdır.


SON XƏBƏRLƏR

26 Iyun 2025