• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Azərbaycanfilm: Kinostudiya fəaliyyətini davam etdirir -FOTOLAR 
CƏMİYYƏT
27 Iyun 2025 | 16:55

"Azərbaycanfilm": Kinostudiya fəaliyyətini davam etdirir -FOTOLAR 

 Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası dünənki patlayışdan sonra hazırda gündəlik fəaliyyətlərini davam etdirdikləri ilə bağlı məlumat yayıb.

Kinostudiyadan Bakıvaxtı.az-a verilən xəbərə görə, hadisə uzun müddət istifadə olunmayan anbarda baş verib.

"Azərbaycanfilm" kinostudiyasının binası zərər görməyib, xəsarət alan yoxdur".

Məlumatda həmçinin vurğulanıb ki, kinostudiya gündəlik fəaliyyətini davam etdirir:

"Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır. Hazırda rejissor Vaqif Mustafayevin "Molla Nəsrəddin - çətin günlərimin dostu" filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur".

Kinostudiya yerli və xarici istehsalçı şirkətlərlə əməkdaşlığa açıq olduqlarını da bildirib.

Məlumat üçün xatırladaq ki, dünən gecə saatlarında kinostudiyanın köhnə pirotexnika anbarında partlayış olub.


SON XƏBƏRLƏR