• Bakı 22° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Rusiyada təyyarələr hava limanında toqquşub
DÜNYA
27 Iyun 2025 | 21:35

Rusiyada təyyarələr hava limanında toqquşub

Rusiyanın cənubunda, Soçi hava limanında iki təyyarə uçuş-enmə zolağında toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Cənub Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Tümenə uçan təyyarə Norilskdən gələn təyyarə ilə uçuş-enmə zolağında toqquşub. Sərnişinlər, ekipaj üzvləri və xidmət personal xəsarət almayıb.

Aviasiya qəzası ilə bağlı Soçi Nəqliyyat Prokurorluğu araşdırma aparır. Heyət uçuş təhlükəsizliyi qanunvericiliyinə əməl edilib-edilmədiyini qiymətləndirəcək.

İdarənin təqdim etdiyi fotoşəkillərdən görünür ki, toqquşma nəticəsində təyyarənin qanadının bir hissəsi qoparaq digərinin stabilizatorunda ilişib.


SON XƏBƏRLƏR

27 Iyun 2025