• Bakı 24° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Quban Qurbanov Qarabağın çempion komandaları ilə görüşdü
İDMAN
27 Iyun 2025 | 21:00

Quban Qurbanov "Qarabağ"ın çempion komandaları ilə görüşdü

"Qarabağ"ın əsas komandasının məşqçi və futbolçuları klubun “Sozopol Cup 2025” turnirinin qalibi olan  U-13 və Azərbaycan çempionu adını qazanan U-14 kollektivlərinin üzvləri ilə görüşüblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Görüş "Qarabağ"ın bu gün “Azersun Arena”da keçirilən məşqindən əvvəl gerçəkləşib. U-13 və U-14 komandalarının futbolçuları və məşqçi heyəti önündə çıxış edən Qurban Qurbanov onları qazanılan uğurlar münasibəti ilə təbrik edib. O, akademiyanın məşqçilərinə və gənc futbolçularına gələcək karyeralarında uğurlar arzulayıb. Tədbirin sonunda U-13 və U-14-ün üzvlərinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, 13 yaşadək futbolçulardan ibarət komanda Bolqarıstanda təşkil edilən “Sozopol Cup 2025” turnirinin qalibi adını qazanıb, 14 yaşadək futbolçulardan ibarət komandamız U-14 Liqasının çempionu olub.


SON XƏBƏRLƏR

27 Iyun 2025