OPEK+ təşkilatının əsas iştirakçılarından ibarət "səkkizlik" iyulun 6-da keçiriləcək növbəti görüşdə neft hasilatının artırılması məsələsini müzakirə edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, neft hasilatının artırılıb-artırılmayacağına iyulun 6-da keçiriləcək görüş zamanı aydınlıq gətiriləcək. Novak bildirib ki, bu cür görüşlərdə müzakirə olunan məsələlər adətən ənənəvi xarakter daşıyır.
Qeyd edək ki, Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEK+ təşkilatının səkkiz əsas üzvü mart ayından etibarən hasilat həcmlərini müəyyənləşdirmək üçün aylıq formatda görüşlər keçirir. Belə sonuncu görüş mayın 31-də baş tutub və onun nəticəsində iyul ayı üçün gündəlik neft hasilatının 411 min barel artırılması qərara alınıb. May və iyun aylarında da bu qəbildən oxşar qərarlar qəbul edilmişdi.