• Bakı 28° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

TƏBİB-dən metroda doğulan körpənin son durumu ilə bağlı AÇIQLAMA
CƏMİYYƏT
11 Avqust 2025 | 11:00

TƏBİB-dən metroda doğulan körpənin son durumu ilə bağlı AÇIQLAMA

Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında dünyaya gələn körpənin səhhətində müsbət dinamika müşahidə olunur.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata əsasən, yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib. Vəziyyətində yaxşılaşma müşahidə olunur:

"Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır. Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası şöbəsində davam etdirilir",- bildirilib.

Qeyd edək ki, avqustun 8-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında oğlan uşağı dünyaya gəlib.


SON XƏBƏRLƏR

10 Avqust 2025