ABŞ prezidenti Donald Tramp NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı və ABŞ-nin Avropa Komandanlığının rəhbəri vəzifəsinə general Aleksus Qrinkeviçin namizədliyini irəli sürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Qrinkeviç əvvəllər Birləşmiş Qərargah Rəislərinin Əməliyyatlar üzrə direktoru vəzifəsində çalışıb.