• Bakı 24° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Tramp: Kaliforniya qubernatoru ştatda vəziyyət üzərində nəzarəti itirib
DÜNYA
12 Iyun 2025 | 17:41

Tramp: Kaliforniya qubernatoru ştatda vəziyyət üzərində nəzarəti itirib

Kaliforniya ştatının qubernatoru Qevin Nyusom vəziyyət üzərində nəzarəti itirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdə baş verən kütləvi iğtişaşlarla bağlı sosial şəbəkə səhifəsində yazıb.

"Qubernator Qevin Nyusom vəziyyət üzərində nəzarəti tamamilə itirib. O, bizi günahlandırmağa çalışmaq əvəzinə, onu xilas etdiyimiz üçün minnətdar olmalıdır, öz səhvlərini və səriştəsizliyini ört-basdır etməyə çalışmamalıdır", - deyə Tramp yazıb.

ABŞ lideri Milli Qvardiyanın əsgərlərinə və dəniz piyadalarına nümayişlərin dağıdılmasında polisə yardım etdikləri üçün təşəkkür edib. D.Tramp ehtimal edib ki, onların köməyi olmadan Los-Anceles uzun illər ərzində görünməmiş cinayətkarlıq artımı ilə üzləşərdi.

İyunun 6-da Los-Ancelesdə qeyri-qanuni miqrantların kütləvi saxlanılması başlayıb, iyunun 7-si axşam saatlarında miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunan ən azı 44 nəfər həbs edilib. Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə nümayişlər başlayıb və iğtişaşlara çevrilib. ABŞ Prezidenti Donald Tramp, Kaliforniya qubernatoru Qevin Nyusomu nəzərə almadan, iğtişaşları yatırmaq üçün Los-Ancelesə Milli Qvardiyanın hərbçilərini göndərmək barədə sərəncam verib. Bundan sonra Nyusom Trampa və Pentagon rəhbəri Pit Heqsetə qarşı məhkəmə iddiası qaldırıb. Qubernator Los-Ancelesə Milli Qvardiyanın göndərilməsi haqqında qərarın qanunsuz hesab edilməsini xahiş edib.


SON XƏBƏRLƏR