Ukraynanın Rusiya qazının Avropaya tranzitini dayandırması qəbuledilməzdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
O vurğulayıb ki, AB-yə üzvlüyə namizəd olan Ukrayna enerji təchizatı marşrutlarını saxlamağa borcludur:
“Təbii qaz və neft nəqli marşrutlarının bağlanması qəbuledilməzdir və AB-yə inteqrasiya gözləntilərinə ziddir.
Qeyd edək ki, Ukrayna yanvarın 1-dən etibarən Rusiyadan AB ölkələrinə yanacaq nəqlini dayandırmaq barədə qərar qəbul edib.