• Bakı 26° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

“Vosmoy bazarı”nın adı dəyişdirildi
CƏMİYYƏT
17 Iyul 2025 | 19:24

“Vosmoy bazarı”nın adı dəyişdirildi

Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bazar “Riko Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçiliyinə verilib.

Ticarət Mərkəzi artıq bir müddətdir ki, fəaliyyətini “Riko” adı ilə davam etdirməyə başlayıb. 

Xatırladaq ki, “8-ci km Ticarət Mərkəzi” MMC 2000-ci ildə yaradılıb. 2023-cü ilin sonlarında “8-ci km Ticarət Mərkəzi” MMC (VÖEN -1600015371) ləğv olunduğunu elan edib və şirkət vergi ödəyicisi kimi ləğv olunub. Eyni zamanda həmin vaxt bazarın yeni adla fəaliyyət göstərəcəyi bildirilib.


SON XƏBƏRLƏR

17 Iyul 2025