• Bakı 24° C

    8.94 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Vuçiç Serbiyanın etirazçılar üzərində qələbəsini elan etdi
DÜNYA
29 Iyun 2025 | 16:23

Vuçiç Serbiyanın etirazçılar üzərində qələbəsini elan etdi

Serbiya prezidenti Aleksandar Vuçiç gecə boyu baş verən qarşıdurmalarda dövlətin etirazçılar üzərində qələbə qazandığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Serbiya prezidenti xalqa müraciəti zamanı Belqradda baş verən iğtişaşları şərh edərkən deyib.

"Serbiya qalib gəldi, çünki bəzilərinin istədiyi kimi Serbiya zorakılıqla məğlub edilə bilməz. Serbiya dayanmadı və heç vaxt dayanmayacaq", - deyə A.Vuçiç qeyd edib.

"Ciddi problemlərə baxmayaraq, investorların cəlb edilməsini dayandırmamağımız da çox vacibdir. Blokadalar, dağıntılar və ölkəni məhv etmək cəhdləri səbəbindən investisiya səviyyəmiz keçən illə müqayisədə 46 faiz aşağıdır", - deyə o əlavə edib.


SON XƏBƏRLƏR