• Bakı 28° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
SİYASƏT
03 Avqust 2026 | 15:58

XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

2020-ci il müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində 433 nəfər zərərçəkən olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım olunub.

Bildirilib ki, növbəti mina partlayışı nəticəsində Azərbaycanın iki vətəndaşı ağır yaralanıb:

"Bu faciə minaların hələ də yaratdığı ağır humanitar nəticələri və günahsız insanların hər gün üzləşdiyi təhlükələri bir daha xatırladır. Minalardan təmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin gücləndirilməsinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin təmin olunmasının əsas şərtidir".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026