• Bakı C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

XİN: Los Ancelesdəki Baş Konsulluq vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün işlər həyata keçirir
SİYASƏT
10 Yanvar 2025 | 13:42

XİN: Los Ancelesdəki Baş Konsulluq vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün işlər həyata keçirir

Kaliforniyada davam edən yanğınlar səbəbilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər həyata keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, yanvarın 7-dən Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycanın Los Angelecdəki Baş Konsulluğa məxsus sosial media hesablarında xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi yerləşdirilib.

"Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb".


SON XƏBƏRLƏR