• Bakı 24° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Yaponiya XİN başçısı Azərbaycana təşəkkür edib
SİYASƏT
27 Iyun 2025 | 14:21

Yaponiya XİN başçısı Azərbaycana təşəkkür edib

Yaponiyanın xarici işlər naziri Takesi İvaya ölkə vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi köməyə görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür məktubu göndərib.

Bu barədə Bakıvaxtı.az Yaponiya XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

"Xarici İşlər naziri Takesi İvaya Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova göndərdiyi məktubda Yaxın Şərqdəki cari vəziyyət fonunda Yaponiya vətəndaşlarının İrandan təxliyəsi zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib", - məlumatda bildirlib.


SON XƏBƏRLƏR