• Bakı 22° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır - Kosaçev
DÜNYA
27 Iyun 2025 | 19:22

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır - Kosaçev

ABŞ Prezidenti Donald Trampın İrana qarşı addımında məqsədi təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq Yaxın Şərqdə yeni münasibətlər sistemi formalaşdırmaqdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.

"Görünür, Trampın öz planları İranın nüvə silahı problemini həll etməkdən daha çox böyükdür. Aydındır ki, ABŞ prezidentinin məqsədi İsrailin bütün düşmənlər üzərində utopik qələbəsi deyil, Vaşinqtonun Yaxın Şərqdə təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq yeni münasibətlər sisteminin formalaşmasında qətiyyətli iştirakıdır",- o bildirib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, münaqişədə ən mühüm danışıqlar rolunu Qətərə həvalə ediblər:

"Ötən gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff prezidentin əsas məqsədlərindən birini İbrahim razılaşmalarını genişləndirmək olduğunu açıqlayarkən, onlara qoşulacaq ölkələrlə bağlı tezliklə bəzi mühüm mesajlar elan edəcəyini deyərkən, eləcə də insanların heç ağlına belə gətirmədiyi ölkələrlə münasibətləri normallaşdıracağını bildirərkən məhz bunu nəzərdə tuturdu"./axar.az


SON XƏBƏRLƏR

27 Iyun 2025