"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hələ rəsmi olaraq vəzifəsinin icrasına başlamayıb, ona görə də onun Kanada və Qrenlandiya ilə bağlı sözlərini qiymətləndirmək hələ tezdir".
Bakıvaxtı.az "Sputnik" radiosuna istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Tramp öz səlahiyyətlərini icra edəndə və ABŞ dövləti və xalqı adından rəsmi olaraq çıxış edəndə onun fikirləri hansısa formada qiymətləndiriləcək:
"Tramp hələlik prezident vəzifəsinə təyin olunmayıb".
Gülşən Şərif