• Bakı 24° C

    3.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Aİ ABŞ sanksiyaları fonunda BCM-i dəstəkləyir

DÜNYA

06 Iyun 2025 | 15:45

Aİ ABŞ sanksiyaları fonunda BCM-i dəstəkləyir

Avropa İttifaqı (Aİ) Beynəlxalq Cinayət Məhkəməsini (BCM) güclü şəkildə dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antoniu Koşta ABŞ Prezidenti Donald Tramp administrasiyasının BCM-in dörd hakiminə qarşı sanksiya tətbiq etmək qərarını şərh edərkən bildirib.

Koşta BCM-i beynəlxalq ədalətin təməl daşı adlandırıb və bildirib ki, onun müstəqilliyi və bütövlüyü qorunmalıdır.

Xatırladaq ki, dünən Ağ Ev BCM-in İsrailin Baş naziri Binyamin Netanyahunun həbsinə order verməsi və ABŞ əsgərlərinin Əfqanıstanda törətdiyi mümkün müharibə cinayətləri ilə bağlı iş açmaq qərarına cavab olaraq sanksiyalar elan edib.


SON XƏBƏRLƏR

07 Iyun 2025