• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

1700 illik Roma yumurtası hələ də təzədir

DÜNYA

13 Fevral 2024 | 10:34

1700 illik Roma yumurtası hələ də təzədir

Elm adamları, təxminən, 1700 illik olduğu təxmin edilən və içərisində hələ də maye olan toyuq yumurtası tapıblar. Bu yumurtanın dünyada yeganə növ olduğuna inanılır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, yumurta 2007-2016-cı illər arasında İngiltərənin Bukingemşir əyalətinin Aylesbury şəhərində aparılan qazıntılar zamanı aşkar edilib və o zaman tədqiqatçılar bunun "həqiqətən unikal tapıntı" olduğunu bildiriblər.

Qazıntı zamanı arxeoloqlar "kəskin qoxu" yayan daha üç yumurtanı da sındırıblar, lakin dördüncü yumurta toxunulmaz olaraq qalıb. Oksford arxeologiyasının mütəxəssisləri su ilə dolu çuxurdan bir növ Roma dilək quyusu kimi istifadə olunduğunu düşünürlər.

Bu yaxınlarda aparılan mikroskan nəticəsində yumurtanın sarısı və ağının hələ də içəridə olduğunu müəyyən edib. Bu yumurtanın o dövrdən təzə qalan yeganə yumurta olduğu düşünülür.

Qazıntıya rəhbərlik edən Oksford Arxeologiyasının baş layihə meneceri Edvard Biddulf "İçərisində olanı görəndə, həqiqətən, təəccübləndik, çünki onun sızdığını gözləyirdik" deyib.

"2000 illik yumurta ilə London ətrafında gəzmək bir az qorxulu idi", - deyə arxeoloq etiraf edib.

Qeyd edək ki, yumurta hal-hazırda Aylesburydəki Discover Bucks Muzeyində sərgilənir, zərif qabığını qırmadan içini çıxarmaq üçün işlər davam edir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR