2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış xüsusilə ağır cinayətlərin faiz göstəricisi sabit qalsa da, ağır və az ağır cinayətlərin faiz nisbəti azalıb, böyük ictimai təhlükə törətməyən cinayətlərin faiz nisbəti isə artıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
Kamran Əliyev həmçinin, əlavə edilib ki, 2023-cü ildə ölkə ərazisində 36.811 cinayət qeydə alınmaqla onların 87,8 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 21104 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1350-si prokurorluq orqanlarında isintaq edilib.
Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 902, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 16146 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Ötən il Azərbaycanda 25006 nəfər cinayət törədib. Kamran Əliyevin sözlərinə görə, onlardan 1299-u qadın, 494 nəfəri isə yetkinlik yaşına çatmayan şəxslər olub.
Bundan başqa, 2023-cü il ərzində 17966 təqsirləndirilən şəxs barəsində 16146 cinayət işi məhkəməyə göndərilib.
















