• Bakı 22° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

21 yaşlı qız itkin düşdü

HADİSƏ

26 Noyabr 2024 | 12:35

21 yaşlı qız itkin düşdü

Bakıda 21 yaşlı qız itkin düşüb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Onun əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa, qara rəngli və gözləri qəhvəyidir.
    Onu görən və ya harada olduğunu bilən şəxslərdən DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə,
    (+994 12) 590-72-03;
    (+994 12) 456-03-02;
    (+994 51) 571-03-11;
    (+994 55) 211-81-74;
    (+994 50) 222-82-80
    nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

    Qeyd edək ki, Ə.Əzimova bundan əvvəl də dəfələrlə yaşadığı ünvanı xəbərsiz tərk edib və polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.


    SON XƏBƏRLƏR

    05 Iyun 2025