• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

30 il sonra Ağalıda ilk nişan mərasimi - FOTOLAR

CƏMİYYƏT

10 Iyul 2023 | 14:42

30 il sonra Ağalıda ilk nişan mərasimi - FOTOLAR

Uzun illərdən sonra işğaldan azad olunan və qısa müddətdə yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində nişan mərasimi keçirilib.

Bakıvaxtı.az  AZƏRTAC-a istinadən xəbər verir ki, 30 ildən sonra Ağalıdakı ilk nişan mərasimi Məmmədovlar ailəsinə nəsib olub.

Sumqayıt şəhərindən olan Dünyamalıyevlər ailəsi el adəti ilə Ağalıya, Məmmədovlar ailəsinə elçi gəliblər. Beləliklə, valideynlərin də xeyir-duasını alan Rüfət və Arzu üçün nişan mərasimi qurulub və yeni ailənin təməli qoyulub.

Qeyd edək ki, nişan mərasimi Ağalı kəndinin mərkəzində yerləşən şənlik evində keçirilib. İki gəncin sevincli günündə ailələri ilə bərabər, Şərqi Zəngəzur İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyin əməkdaşları, kənd sakinləri də iştirak ediblər.


30 il sonra Ağalıda ilk nişan mərasimi - FOTOLAR30 il sonra Ağalıda ilk nişan mərasimi - FOTOLAR30 il sonra Ağalıda ilk nişan mərasimi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026