Bakıda avtomobilin vurduğu piyada 4 gün sonra ölüb.
Bakıvaxtı.az xəbər verir ki, dekabrın 14-də Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən "Çingiz Xan" restoranının qarşısında "Hyundai" markalı avtomobil 1967-ci il təvəllüdlü Əliyeva Ranə Qiyas qızını vurub.
Nəticədə qadın xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq R.Əliyeva ötən gün müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.