• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

603 yeni yoluxma qeydə alındı, 6 nəfər vəfat etdi

CƏMİYYƏT

14 Mart 2021 | 16:06

603 yeni yoluxma qeydə alındı, 6 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 234 nəfər müalicə olunaraq sağalıb, 603 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 240 min 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 min 960 nəfər müalicə olunaraq sağalıb, 3282 nəfər vəfat edib. Aktiv xəstə sayı 6053 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 710 min 126 test aparılıb. Bugünkü test sayı isə 8945-dir.


603 yeni yoluxma qeydə alındı, 6 nəfər vəfat etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026