Ucar rayonunda daha altı orta məktəb koronavirusa görə bağlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Ucar rayonunun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərgüşad ümumi orta məktəbləri distant təhsilə keçirilib.
Buna səbəb təhsil müəssisələrində koronavirusa yoluxma faktlarının aşkarlanmasıdır. Belə ki, adıçəkilən təhsil müəssisələrində ümumilikdə 11 müəllimdə COVID-19 aşkarlanıb. Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında bu təhsil müəssisələrdə tədrisin onlayn rejimdə davam etdirilməsinə qərar verilib.
Məlumatı Ucar Rayon Təhsil Şöbəsindən təsdiq ediblər.
Hazırda məktəblərdə dezinfeksiya işləri aparılır.
Qeyd edək ki, daha əvvəl Ucar rayonun 1 saylı və 3 saylı orta məktəbləri müəllim və şagirdlər arasında koronavirusa yoluxma faktlarına görə distant təhsilə keçmişdi. Onlardan 3 saylı orta məktəb artıq əyani təhsil sisteminə qayıdıb.(oxu.az)
















