• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Açıq havada maskadan imtina düzgün addım deyil” - VİDEO

CƏMİYYƏT

13 Aprel 2021 | 11:15

“Açıq havada maskadan imtina düzgün addım deyil” - VİDEO

“Sosial şəbəkələrdə açıq havada maska taxılmasına etiraz olaraq başladılan müzakirələr çaxnaşma yaratmaqdan başqa bir şey deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.

O bildirib ki, praktik olaraq insanların açıq havada tək olma ehtimalı çox az olduğundan maskadan imtina etmək doğru addım olmaz.

Həmçinin peyvəndin gələcəkdə insan səhhətində hansısa fəsadlar yaradacağı barədə iddiaların tamamilə əsassız olduğunu deyən həkim yalnız peyvənd vurulan gün yüngül reaksiyaların müşahidə edildiyini bildirib:

“Peyvənd olunan şəxslər koronavirusa yoluxsa da, çox yüngül keçirəcək. Hətta ola bilər ki, onlar heç bir əlamət hiss etməsin. Peyvənd olunan gün isə çox yüngül reaksiyalar, yəni hərarətin qalxması, əzələ ağrıları, ümumi zəiflik və iynənin vurulduğu nahiyədə ağrılar ola bilər”.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026