Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal Xətai rayonunda Xudu Məmmədov küçəsində qeydə alınıb.
Bakivaxti.az xəbər verir ki,bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hər bir belə qanunsuz hal tərəfimizdən aşkar edilərək aradan qaldırılması üçün gərəkli addımlar atılır:
"Lakin təəssüf ki, hələ də bəzi obyekt sahibləri qanunsuz olaraq piyada səkilərini zəbt edirlər.
Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması hallarıyla rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin, bu cür qanunsuz əməllərə yol verənləri, ictimai qınağa çəkməyə çağırırıq".




















