• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

AAYDA: Goranboyda sel sularının yaratdığı çətinliklər aradan qaldırılıb

CƏMİYYƏT

30 Iyul 2024 | 14:08

AAYDA: Goranboyda sel sularının yaratdığı çətinliklər aradan qaldırılıb

Goranboy rayonu Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci km-də yol təsərrüfatında sel sularının yaratdığı çətinliklər aradan qaldırılıb.

Bu barədə Bakıvaxtı.az  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, ötən gün intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci km-də yol təsərrüfatına ziyan vurub. Sel suları nəticəsində avtonəqliyyat vasitələrinin hərəkəti çətinləşib, yol çiyinləri yuyulub.

"Dərhal əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasizləsizliyi təmin olunub. Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir", - AAYDA-nın məlumatında qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026