• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ-dan Hindistana neft tədarükü dayandırıldı

DÜNYA

06 Fevral 2024 | 00:54 | Müəllif: Subhan Mahmudov

ABŞ-dan Hindistana neft tədarükü dayandırıldı

Qırmızı dənizdə yük daşınması ilə bağlı təhlükəsizlik vəziyyəti ABŞ-dan Hindistana neft nəqlini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İndian Ekspress" məlumat yayıb.

Gəmi izləmə məlumatlarının təhlili göstərir ki, bu ilin yanvarında Hindistan neftayırma zavodları ABŞ-dan neft almayıb. Baxmayaraq ki, Hindistan əvvəllər Amerika tədarükçülərindən gündə orta hesabla 205 min barrel neft alırdı. Qırmızı dəniz böhranı səbəbi ilə yükdaşıma tariflərindəki artım səbəbindən tədarükün kəsildiyi bildirilir.

Qeyd edək ki, OPEK-in hesabatına əsasən, Rusiya artıq bir ildir ki, Hindistana neft tədarükündə liderdir və sentyabrda ölkənin ümumi idxalının 36 faizini təmin edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR