• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

ABŞ-ın Vitse-prezidenti Azərbaycana səfərini möhtəşəm adlandırdı

SİYASƏT

11 Fevral 2026 | 19:25 | Müəllif: Subhan Mahmudov

ABŞ-ın Vitse-prezidenti Azərbaycana səfərini möhtəşəm adlandırdı

Azərbaycana səfər etdiyim üçün çox şadam.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycana səfərini başa vuran ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens aeroportda jurnalistlərə açıqlamasında bildirib.

    O, Azərbaycan Prezidenti ilə bir sıra əhəmiyyətli məsələləri müzakirə etdiyini diqqətə çatdırıb.

    Vens ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibə əvəzinə əmin-amanlığın olacağına, ticarətin aparılacağına diqqət çəkib.

    ABŞ-ın Vitse-prezidenti Azərbaycana səfərini möhtəşəm adlandırıb və bunun üçün Prezident İlham Əliyevə təşəkkür edib.

    Azərbaycan Prezidentini nüfuzlu dünya lideri adlandıran Vens dövlət başçısı ilə regional və qlobal məsələləri, eyni zamanda, terrorla mübarizəni müzakirə etdiyini vurğulayıb.

    “Beləliklə, bu, əla bir səfər idi”, - Vens əlavə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Sentyabr 2026