ABŞ səfirliyi Azərbaycan idmançısını Olimpiya çempionu olması münasibətilə təbrik edib.
Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
"Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlığınız və zəhmətiniz həqiqətən öz bəhrəsini verdi. Bu inanılmaz nailiyyətdən həzz alın - bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Təbriklər Azərbaycan Komandası - qarşıda daha böyük uğurlar və qızıl medallar ümidi ilə!".





jpg-1724919809.webp)

jpg-1724917936.webp)







