• Bakı 27° C

    14.06 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

ABŞ THAAD-ları Ukraynaya verməyəcək

DÜNYA

24 Noyabr 2024 | 18:00

ABŞ THAAD-ları Ukraynaya verməyəcək

Ukrayna ABŞ-dan THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemini almayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın “Fokus” nəşri məlumat yayıb.

“Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Kiyev Rusiyanın yeni “Oreşnik” ballistik raketinin Dneprdəki obyektə endirdiyi zərbədən sonra THAAD-a müraciət edə bilər. Ukrayna ötən ilin dekabrında da oxşar tələblə artıq ABŞ-a müraciət etmişdi, lakin o zaman Vaşinqton bunu verməkdən imtina etmişdi. Şanslar indi də azdır”, - nəşr bildirib.

Qeyd edək ki, THAAD sistemlərinin qiyməti 3 milyard dollardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026