• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Acı bibərin sağlamlığa 5 mühüm FAYDASI

CƏMİYYƏT

27 May 2025 | 13:01

Acı bibərin sağlamlığa 5 mühüm FAYDASI

Təbii və sağlam qidalanma insan orqanizmi üçün bir çox müsbət təsirləri özü ilə gətirir. Mütəxəssislərin açıqlamalarına görə, acı bibər istehlakı sağlamlıq baxımından müxtəlif faydalar təqdim edir. Acı bibəri gündəlik qidalanma rasionuna əlavə etdikdə onun təsirlərini qısa müddətdə hiss etmək mümkündür.

Bəzi insanlar tərəfindən sevilərək istehlak edilən, bəzilərinin isə uzaq durmağa çalışdığı acı bibər yalnız yeməklərə verdiyi ləzzətlə kifayətlənmir. Acı bibərin tərkibindəki faydalı maddələr insan sağlamlığı üçün olduqca əhəmiyyətlidir.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər acı bibərin balanslı və düzgün bir şəkildə rasiona əlavə edilməsini tövsiyə edirlər.

Acı bibərin insan orqanizmi üçün məlum olan 5 əsas faydası belə sıralanır:

1. Metabolizmanı sürətləndirir: Acı bibərə acılığını verən “kapsaisin” adlı maddə termogenik təsir göstərərək bədən istiliyini artırır. Bu da öz növbəsində metabolizmanın sürətlənməsinə səbəb olur. Metabolizmanın sürətlənməsi daha çox kalori yandırılmasına və xüsusilə qarın bölgəsində incəlməyə kömək edir.

2. Ağrıkəsici təsirə malikdir: Kapsaisin maddəsi sinir və əzələ ağrılarını azaldan təbii ağrıkəsici kimi çıxış edir. Kapsaisin tərkibli kremlər və məlhəmlər xaricdən tətbiq olunduqda müvəqqəti rahatlama təmin edir və ağrı siqnallarını bloklayır.

3. İmmuniteti gücləndirir: C vitamini ilə zəngin olan acı bibər immun sisteminin gücləndirilməsində mühüm rol oynayır. Davamlı istifadə zamanı orqanizmdə infeksiyalara qarşı qoruyucu təsir göstərir və ümumi bədən müqavimətini artırır.

4. Həzm sistemini tənzimləyir: Acı bibərin düzgün və ölçülü şəkildə istehlakı həzmi yaxşılaşdırır. Onun tərkibindəki kapsaisin mədə turşusunun ifrazını artırır və həzm fermentlərinin aktivliyini təşviq edir. Eyni zamanda acı bibər mədə xorasına səbəb olan bakteriyaların çoxalmasının qarşısını almaqda da təsirli olur.

5. Ürək sağlamlığını qoruyur: Acı bibərin tərkibindəki antioksidantlar və kalium maddəsi ürək-damar sisteminə fayda verir. Antioksidantlar damar tıxanıqlığına səbəb olan sərbəst radikalları zərərsizləşdirir, kalium isə qan təzyiqini tənzimləyərək infarkt və iflic riskini azaldır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

27 May 2025