• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verildi - YENİLƏNİB

SİYASƏT

09 Iyul 2024 | 16:15

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verildi - YENİLƏNİB

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ bu gün Mərkəzi Seçki Komissiyasının iclasında müzakirəyə çıxarılıb.

    Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

    Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

    Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı sərəncamla Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    ***

    16:03

    Milli Məclis sədrinin müavini Adil Əliyevin deputat səlahiyyətlərinə xitam veriləcək.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

    Qeyd edək ki, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


    SON XƏBƏRLƏR