• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunur

İDMAN

21 Aprel 2022 | 18:05

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunur

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu AFFA-nın yeni baş katibi Sərxan Hacıyev deyib.

O bildirib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov mayın 1-dən Fransanın paytaxtı Parisdə FIFA-dakı yeni işinə başlayacaq. Bu səbəbdən də E.Məmmədov Elşad Nəsirov, Rauf Əliyev və Vaqif Sadıqov kimi ictimai əsaslarla vitse-prezident işləyəcək və AFFA-dan maaş almayacaq.

AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında baş katibin vəzifələri tam dəqiqliklə müəyyənləşdiriləcək və icraçı vitse-prezident vəzifəsi rəsmən ləğv olunacaq.

Qeyd edək ki, Elxan Məmmədov FIFA-da Avropa Milli Assosiasiyaları üzrə direktor vəzifəsinə təyin olunub. (oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026