• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ağacdan yıxılıb xəsarət alan şəxs xilas edildi - VİDEO

HADİSƏ

08 Sentyabr 2024 | 18:28 | Müəllif: Subhan Mahmudov

Ağacdan yıxılıb xəsarət alan şəxs xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Xətai məhəlləsi, 35 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1968-ci il təvəllüdlü Haqverdiyev Asəf Abdullah oğlu ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və evin divarı ilə hasarı arasında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər zərərçəkmiş A.Haqverdiyevi xüsusi vasitələrin köməyi ilə ərazidən təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026