• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Aİ rəsmisi: Ankara Bakı-İrəvan münasibətlərinin normallaşmasında mühüm rol oynaya bilər

SİYASƏT

01 Mart 2024 | 14:01

Aİ rəsmisi: Ankara Bakı-İrəvan münasibətlərinin normallaşmasında mühüm rol oynaya bilər

Türkiyə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər və bununla da bütün Cənubi Qafqaz regionunun sabitləşməsinə güclü təkan verə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində deyib.

“Vurğulamaq istəyirəm ki, Aİ, Almaniya daxil olmaqla, Avropa ölkələri münasibətlərin normallaşdırılmasına dair təklifləri dəstəkləyib və bundan sonra da dəstəkləyməyə hazırdır. Biz sülhə nail olunması üçün Türkiyəni və onun bu regionda liderlik potensialını da nəzərdən keçiririk”, - o qeyd edib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024