• Bakı C

    0.12 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Aİ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

DÜNYA

13 Fevral 2025 | 19:03

Aİ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

Avropa İttifaqı (Aİ) Rusiyanın qalıq yanacağından imtina kursuna sadiq qalacaq və ölkəyə qarşı sanksiyaların, o cümlədən enerji sahəsində məhdudiyyətlərin tətbiqini davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Paula Pinyu brifinqdə bildirib.

"Bizim Rusiyaya qarşı enerji sahəsində sanksiyalarımız qüvvədədir və bu, REPowerEU-nun (Aİ-nin enerji müstəqilliyi planı) məqsədlərində göstərildiyi kimi, Rusiyanın qalıq yanacağından asılılıqdan tədricən azad olmaqla bağlı kursumuzun bir hissəsidir. Bu enerji daşıyıcılarından mərhələli şəkildə tam imtinanı nəzərdə tutur", - o qeyd edib.

P.Pinyu əlavə edib ki, Aİ Rusiyadan qalıq yanacaq idxalından tədricən imtinaya töhfə verəcək 16-cı sanksiya paketini müzakirə edir.


SON XƏBƏRLƏR