“Ailə institutunun zəifləməsində feministlərin ciddi rolu var”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, gender bərabərliyi Azərbaycan xalqının genetiik kodlarının ən üstün kodlarından biridir: "Eyni zamanda, dövlət də gender bərabərliyinin təmin olunması istiqamətində zəruri addımlar atır. Azərbaycanda gender bərabərliyinə mane olacaq heç bir mühit yoxdur. Bu istiqamətdə qanunların qəbulu da ardıcıl xarakter daşıyır. Gender bərabərliyinin pozulması isə həmin insanın səviyyəsinin, təhsilinin aşağı olmasına əsaslanır”.
Fəzail Ağamalı bir sıra təkliflərlə də çıxış edib. Bildirib ki, qadın və uşaqların hüquqlarının pozulmasının qarşısını almaq üçün qanunvericiliyin müddəaları ciddi şəkildə sərtləşdirilməlidir: "Sahibkar qadınların sayındakı artım göz önündüdədir. Qadın sahibkarların sayının artırılması üçün onlara müəyyən güzəştlərin edilməsi məqsədəuyğun olardı. Ailə institutunun zəifləməsinə feministlərin ciddi təsiri var. Xaricdən maliyyələşən feminist instutuları qızları öz təsirləri altına var. Bu təsirlərin qarşısını almaq üçün qanunvericilikdə müvafiq addımların atılmasına ehtiyacın olduğunu düşünürəm”.
Nuranə Daxilqızı






jpg-1674115236.webp)









