• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Aleksandar Vuçiç  İlham Əliyevə zəng etdi

SİYASƏT

01 Mart 2023 | 17:36

Aleksandar Vuçiç İlham Əliyevə zəng etdi

Martın 1-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Aleksandar Vuçiç Serbiya ilə Kosovo arasında Brüsseldə keçirilən dialoq səbəbindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə görüşündə iştirak edə bilmədiyini dedi, Serbiyanı Bakıdakı tədbirdə xarici işlər nazirinin təmsil edəcəyini bildirib. Serbiya Prezidenti bu dialoqun gedişi barədə dövlətimizin başçısına məlumat verib.

Aleksandar Vuçiç Serbiyanın dost Azərbaycan ilə qarşılıqlı hörmət və anlaşmaya, o cümlədən dəstəyə əsaslanan münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti iki dövlət başçısının yüksək şəxsi münasibətləri sayəsində dinamik inkişaf edən Azərbaycan-Serbiya strateji tərəfdaşlığını yüksək qiymətləndirdiyini vurğulayıb, bu ilin də ikitərəfli münasibətlərimiz üçün uğurlu olacağına ümid etdiyini bildirib.

Söhbət zamanı enerji sahəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026