• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ali Məhkəmədən Akif Çovdarovla bağlı QƏRAR

CƏMİYYƏT

22 Dekabr 2021 | 16:50 | Müəllif: Qalib İbrahimoğlu

Ali Məhkəmədən Akif Çovdarovla bağlı QƏRAR

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, A.Çovdarov barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsi və müsadirə edilən əmlaklarının geri qaytarılması üçün Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunmuşdu.

O, Prezident İlham Əliyevin aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla əfv olunub./report/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026