• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Alimlərdən bu xəstəliyə qarşı ümidverici KƏŞF

CƏMİYYƏT

24 Oktyabr 2024 | 17:50

Alimlərdən bu xəstəliyə qarşı ümidverici KƏŞF

Bədəndəki digər orqanlardan fərqli olaraq beynin düzgün işləməsi üçün çoxlu enerjiyə ehtiyacı var. Enerji əskikliyi, yaşlanma və alzheimer xəstəliyi beyni zəiflədir. Bu xəstəliyə qarşı ümidverici bir kəşf tapılıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Stanford Universitetində aparılan araşdırma zamanı bir eksperimental xərçəng dərmanının siçanlarda alzheimerin səbəb olduğu beyin metabolizmasını normallaşdırdığı və öyrənmə, yaddaş qabiliyyətlərini bərpa etdiyi aşkarlanıb.

Bu kəşf, alzheimerin müalicəsində metabolizmi gücləndirən yeni yanaşmaların potensial olaraq xəstəliyin bəzi simptomlarını geri qaytara biləcəyini göstərir. Hazırda mövcud olan dərmanlar yalnız amiloid lövhələrini çıxarmağa kömək etsə də, bu dərman beyin hüceyrələrinin enerji ilə təminatını artırır. Tədqiqatçılar bunu astrositlərin – beyin hüceyrələrinə enerji verən hüceyrələrin fəaliyyətini normallaşdırmaqla əldə etdiklərini bildirirlər.

Hələlik bu təcrübələr siçanlar üzərində uğurla aparılıb və nəticələrin insanlarda da təsdiqlənməsi tələb olunur.

Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026