• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Alman diplomatları Xankəndi ilə tanış oldular - FOTO

SİYASƏT

27 Aprel 2026 | 14:41

Alman diplomatları Xankəndi ilə tanış oldular - FOTO

Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları aprelin 27-də Xankəndi şəhərinə səfər edib.

Bu barədə Bakıvaxtı.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlara şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq layihələri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Xankəndidə infrastrukturun yenilənməsi, müasir şəhər mühitinin formalaşdırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Bərpa-quruculuq tədbirləri ilə yanaşı, doğma yurdlarından köçkün düşmüş sakinlərin Xankəndiyə qayıdışı da təmin olunur. Artıq şəhərlə yanaşı, Kərkicahan qəsəbəsinə köç prosesi həyata keçirilib və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdirilir. Diplomatik nümayəndələr şəhər gəzintisi zamanı Zəfər meydanı və Qarabağ Universitetində olublar. Onlar ali təhsil müəssisəsinin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə də maraqlanıblar.


Alman diplomatları Xankəndi ilə tanış oldular - FOTOAlman diplomatları Xankəndi ilə tanış oldular - FOTOAlman diplomatları Xankəndi ilə tanış oldular - FOTOAlman diplomatları Xankəndi ilə tanış oldular - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026