• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Alman toyunun qəribəliyi: Ye, iç, xərcini də özün ödə...

DÜNYA

26 Avqust 2022 | 20:38 | Müəllif: Qalib İbrahimoğlu

Alman toyunun qəribəliyi: Ye, iç, xərcini də özün ödə...

Bir çox məqamlarla yanaşı, alman toyları da Azərbaycan toylarından fərqlənir. 

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, lakin almanlar daha az məsrəf  sərf etməklə evlənirlər. Toylar masalarda çoxsaylı yeməklərlə aşıb-daşmadan, hətta aparıcısız keçirilə bilir.

Bəs qonaqlar zərfə nə qədər pul qoyurlar? 50 avro standart məbləğ hesab edilir, lakin tələbələr hətta 20 avro da qoya bilər. İmkanlı müsafirlər zərfə 100 avro qoymaqla yeni evlənənləri əməlli-başlı təəccübləndirə bilərlər.

Restoranda yeməklərdən yalnız birinin pulunun bəy-gəlin tərəfindən ödənilməsi almanlarda normal hesab olunur. Müvafiq olaraq, qonaqlar şam yeməyinin yerdə qalanının və içkilərin pulunu özləri verir. Almaniyada ad günündə də bu cür vəziyyətlə rastlaşmaq mümkündür. Ad gününə hədiyyə ilə gəlirsən, üstəlik kafedə öz şam yeməyinin pulunu da verirsən (azertac(. Məclisin səbəbkarı bütün qonaqların əvəzinə hesabı ödəmir. Bununla belə dəvət edənlər müsafirləri pis vəziyyətdə qoymurlar, çünki adətən dəvətnamədə onlar hansı xərcləri öz boyunlarına götürmələrini göstərirlər. Qalan xərclər, necə deyərlər, qonaqların boynuna.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026