• Bakı 22° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Almaniyada klinikalara yardım üçün hərbçilər cəlb edilir

DÜNYA

14 Noyabr 2021 | 00:31 | Müəllif: Subhan Mahmudov

Almaniyada klinikalara yardım üçün hərbçilər cəlb edilir

Almaniya Silahlı Qüvvələri pandemiyanın dördüncü dalğası fonunda mülki yardım üçün ilin sonuna qədər 12 min hərbçini səfərbər edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Der Spiegel" xəbər verib.

Ehtiyatda olan hərbçilərin revaksinasiya, test prosesində maddi-texniki yardım göstərəcəkləri, zərurət yarandığı halda müvəqqəti hospitallar tikəcəkləri, nəqliyyat xidmətləri göstərəcəkləri nəzərdə tutulur. Noyabrın sonuna kimi 6 min hərbçinin səfərbər edilməsi planlaşdırılır, Katolik Milad bayramına qədər isə eyni sayda hərbçi səfərbər olunacaq.

Bu məlumatın rəsmi təsdiqi yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026