• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Almaniyada yaşayan azərbaycanlılara MÜRACİƏT

CƏMİYYƏT

25 Dekabr 2023 | 16:08

Almaniyada yaşayan azərbaycanlılara MÜRACİƏT

Azərbaycanın Berlindəki səfirliyi Almaniyada yaşayan vətəndaşlara müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında qeyd edilib.

Bildirilib ki, Prezident seçkiləri ilə əlaqədar Berlində yaradılacaq məntəqədə səs vermək niyyətində olan Azərbaycan vətəndaşlarından (18 yaş və yuxarı) seçicilər siyahısına daxil olunmaları üçün anketi dekabrın 29-dək dolduraraq qeydiyyatdan keçmələri xahiş olunur.

Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR