Ölkəmiz region ölkələri ilə müqayisədə İİV infeksiyasına az yoluxan ölkələr sırasındadır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsindəki canlı yayımda İİV/QİÇS haqqında danışarkən deyib.
"İllər öncə QİÇS haqqında məlumatı olmayan şəxslər indi bu xəstəlik haqqında məlumatlıdır. Bu çox sevindirici haldır. Hazırda Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı 9252 nəfərdir.
Günəş Mərd
















