2024-cü ildə Azərbaycan əhalisinin sərəncamında qalan gəlirlərdə müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 % olub.
“Banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən də bankların 15 %-i əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirib. Borclanma məsələsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə siyasəti formalaşdırılır", - AMB bəyan edib.