• Bakı 26° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Amerikada təyyarə qəzası - ölən var

DÜNYA

20 Aprel 2026 | 09:17

Amerikada təyyarə qəzası - ölən var

ABŞ-nin Florida ştatındakı Tampa şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yaydı.

Məlumata əsasən, aprelin 19-da yerli vaxtla səhər tezdən havaya qalxan "Cessna" markalı hava gəmisi təxminən saat 08:35-də (Bakı vaxtı ilə saat 16:35) hələlik məlum olmayan səbəblərdən yerə çırpılıb. Təyyarənin yaşayış evinin arxa həyətinə düşməsi nəticəsində yanğın başlayıb, binanın özünə isə cüzi ziyan dəyib.

Hazırda ABŞ-nin Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı təhqiqat aparır. Araşdırmanın nəticələrinə dair hesabatın 30 gün ərzində dərc olunacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026