• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Apple" bahalı və tez xarab olan aksessuarların satışını dayandırdı

DÜNYA

10 Sentyabr 2024 | 12:46 | Müəllif: Gülşən Şərif

"Apple" bahalı və tez xarab olan aksessuarların satışını dayandırdı

"Apple" şirkəti "FineWoven" qutuları və aksesuarlarının istehsalını və satışını dayandırıb.

Bakıvaxtı.az "9to5Mac" portalına istinadən xəbər verir ki, şirkət "FineWoven"in imtinasını şərh etməyib. 

Eyni zamanda Avropada rəsmi pərakəndə satıcılar artıq "FineWoven" qutularının qalan hissəsini əhəmiyyətli endirimlərlə satmağa başlayıblar.

Hazırda heç bir "FineWoven" əvəzedicisi yoxdur. Yəni "Apple" markalı dəri qutular və ya "FineWoven" məhsulları mövcud deyil. 

Satışları sentyabrın 20-nə planlaşdırılan "iPhone 16" və "iPhone 16 Pro"nun buraxılışından sonra yeni aksessuarların istehsal olunacağı gözlənilir.

Gülşən Şərif


 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026